“Ürəyim sızladı, həmin yerə getdim” – Bayrağı xilas etməyə çalışan uşaq DANIŞDI - VİDEO
Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir.
Külək dirəkdən asılan bayraqlardan birini uçurmağa çalışır. Azyaşlı oğlan özündən dəfələrlə böyük olan bu dirəyə dırmanmağa çalışır, bayrağa çatmaq üçün əlindən gələni edir... Xezerxeber.az xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. O, ürəyindəki böyük bayraq sevgisi haradandır? sualına belə cavab verir. Muxtar deyir ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb, ürəyi sızıldayıb. Görüntülərini də heç tanımadığı biri çəkərək paylaşıb. X ezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.