Ezonn Xəbər

Ərdoğan: Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir

Ərdoğan: Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir
Ezonn TV «Report» mənbəsinə istinadən xəbər verir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında Azərbaycanın işğaldan azad edilən ərzilərində aparılan bərpa və quruculuq işlərindən danışıb.\"Report\" xəbər verir ki, Ərdoğan Qarabağda genişmiqyaslı quruculuq, tikinti və dirçəldilmə səfərbərliyinin həyata keçirildiyini bildirib.Onun sözlərinə görə, artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir və Türkiyə Azərbaycan tərəfinə hər cür dəstək göstərir.Ərdoğan, həmçinin Qarabağın azadlığı uğrunda şəhid olanlara Allahdan rəhmət diləyib.