Ezonn Xəbər

Bakıda kollektorda baş vermiş qəzanın fəsadları niyə aradan qaldırılmayıb? - VİDEO

Bakıda kollektorda baş vermiş qəzanın fəsadları niyə aradan qaldırılmayıb? - VİDEO
Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir. Kollektorda yaranan problem aradan qaldırılmır, yüzlərlə ev təhlükə altındadır. Kadrlar Xətai rayonu, Şahin Səmədov küçəsi, Döngə 1 ünvanındandır. Ərazidə ilk çökmə bu ilin fevral ayında yağış kollektorunda baş verən qəza nəticəsində yaranıb. Hadisə zamanı kollektora yaxın inşa edilmiş iki evin həyətində ciddi çökmə qeydə alınıb. “Xəzər Xəbər” olaraq həmin vaxtdan etibarən problemi dəfələrlə işıqlandırmışıq. Lakin aylar keçməsinə baxmayaraq, sakinlərin narahatlığı hələ də davam edir. Onların sözlərinə görə, nə təhlükəli vəziyyətdə olan evlərin boşaldılması təmin edilib, nə də kollektorun təmiri istiqamətində işlərə başlanılıb. Əksinə, çökmə genişlənir, evlərdəki çatlar böyüyür. “Xəzər Xəbər”in əvvəlki çəkilişlərində kollektorun üzərində və yaxınlığında yaşayan digər sakinlər də təhlükədən narahat olduqlarını bildirmişdilər. İndi isə onların sözlərinə görə, problem daha geniş ərazini əhatə edir. Həyətlərdə yeni çökmələr yaranır, torpaqda sürüşmə müşahidə olunur. Sakinlər xüsusilə uşaqların təhlükəsizliyindən narahatdırlar. X ezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.