"Araz-Naxçıvan"ın futbolçusu İssuf Paro əməliyyat olunub

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
"Araz-Naxçıvan"ın futbolçusu İssuf Paro ön çarpaz bağın qopması diaqnozu ilə cərrahiyyə əməliyyatı olunub. Bu barədə "Report"a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən bildirilib. Müdafiəçinin 3 gündən sonra xəstəxananı tərk edəcəyi və növbəti ilin ilk aylarında fərdi məşqlərə başlayacağı bildirilib. Qeyd edək ki, futbolçu Misli Premyer Liqasının VIII turunda "Sumqayıt"la oyunda zədələnib.