Ezonn Xəbər

Kanalizasiya xətlərinin çəkilişi yolu bərbad vəziyyətə saldı - VİDEO

Kanalizasiya xətlərinin çəkilişi yolu bərbad vəziyyətə saldı - VİDEO
Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir. Qazılan yol yağışlardan sonra bu vəziyyətə düşüb. Nə piyadalar, nə də avtomobillər hərəkətə edə bilir. Xezerxeber.az xəbər verir ki, Şirvan şəhərinin Kənd Evləri yaşayış massivində aparılan kanalizasiya xətlərinin çəkilişi sakinlərin gündəlik həyatına ciddi təsir edib. Ərazidə qazıntı işləri aparılsa da, bəzi küçələrdə yollar əvvəlki vəziyyətinə qaytarılmayıb. Nəticədə torpaq örtüklü küçələrdə hərəkət çətinləşib, bəzi hissələrdə isə avtomobillərin və piyadaların gediş-gəlişi məhdudlaşıb. Sakinlərin sözlərinə görə, xüsusilə yağışlı günlərdə yollar palçığa qərq olur. Bu isə həm avtomobillərin hərəkətində, həm də insanların evlərinə gedib-gəlməsində problemlər yaradır. X ezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.