Yeniyetmə cüdoçularımız Yaponiyada təlim-məşq toplanışına başladılar

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Cüdo üzrə yeniyetmə oğlanlardan ibarət Azərbaycan milli komandası Yaponiyada beynəlxalq təlim-məşq toplanışına başlayıb. Yenicag.az xəbər verir ki, üç həftə davam edəcək hazırlıq prosesində 16 cüdoçu iştirak edir. Belə ki, komandaya yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə və Kotaro Sasaki rəhbərlik edirlər. Toplanışın ilk mərhələsi Tokai Universitetinin nəzdində fəaliyyət göstərən Saqami məktəbində təşkil olunur. Cüdo ənənələri ilə seçilən Yaponiyada keçirilən hazırlıq prosesi idmançıların texniki və taktiki bacarıqlarının təkmilləşdirilməsi, beynəlxalq təcrübələrinin artırılması və yüksək rəqabətli məşq mühitinə uyğunlaşması baxımından mühüm əhəmiyyət daşıyır. Məşqlər zamanı cüdoçuların fərdi texniki hazırlığı, randori bacarıqları, fiziki dözümlülüyü və müxtəlif üslublu rəqiblərlə mübarizə təcrübəsinin artırılmasına xüsusi diqqət yetirilir. Beynəlxalq təlim-məşq toplanışı yeniyetmə cüdoçuların qarşıdakı yarışlara hazırlığının mühüm mərhələlərindən biri olmaqla yanaşı, onların uzunmüddətli inkişafına və gələcəkdə əsas milli komandaya keçidinə xidmət edir. Ən son xəbərləri bizim Instagram səhifəmizdə izləyin @yenicagmedia “Yeni Çağ” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırır, müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. AZ1138, Şərifzadə küç., 168A, 2-ci bina, 2-ci mərtəbə, m.1 Bütün hüquqları qorunur. Yeni Çağ Media Group - © 2007-2026