Ezonn Xəbər

Xınalığa gedən turistlərin arzuları ürəklərində qaldı - VİDEO

Xınalığa gedən turistlərin arzuları ürəklərində qaldı - VİDEO
Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir. Quba rayonunun yüksək dağlıq ərazilərində güclü qar müşahidə olunub. Xezerxeber.az xəbər verir ki, yağıntı ən çox Qrız kəndinə düşüb. Burada qar örtüyünün hündürlüyü 27 santimetrə, Xınalıqda isə 25 santimetrə çatıb. Səhər saatlarında Quba-Xınalıq avtomobil yolunda nəqliyyatın hərəkəti çətinləşib. Tətil günləri ilə əlaqədar Xınalığa üz tutan turistlərin bir qismi isə yolun təhlükəli olması səbəbindən səfərlərini yarımçıq qoyaraq geri qayıtmalı olublar. Yolda hərəkəti təmin etmək məqsədilə Avtomobil Yolları Dövlət Agentliyinin ağır texnikası əraziyə cəlb olunub. Sürücülərin gediş-gəlişi bərpa edilib.Hazırda Quba-Xınalıq avtomobil yolu açıqdır. Bununla belə, sürücülərə zərurət olmadıqca həmin istiqamətdə hərəkət etməmək, səfərə çıxanlara isə yol və hava şəraitini nəzərə alaraq ehtiyatlı olmaq tövsiyə edilir. X ezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.