İran ABŞ-a iki gün vaxt verdi

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
İran ABŞ-yə iki gün ərzində danışıqlara qayıtmaq təklifi təqdim edib. Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, Tehran bunun üçün ABŞ-dan əvvəlcə hərbi əməliyyatları dayandırmağı, dəniz blokadasını aradan qaldırmağı və sanksiyaları ləğv etməyi tələb edir. Axios-un məlumatına görə, Qətərin vasitəçiliyi ilə hazırlanan layihədə aşağıdakı addımlar nəzərdə tutulur: Birinci gün: ABŞ İranın dəniz blokadasını aradan qaldırmalı və dondurulmuş vəsaitlərin bir hissəsini azad etməlidir. Bunun qarşılığında İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nüvə obyektlərinə müfəttiş göndərməsinə razılıq verməlidir. İkinci gün: Hörmüz boğazı yenidən açılmalı, daha sonra nüvə proqramı ilə bağlı danışıqlar bərpa edilməlidir.