Ezonn Xəbər

Qalibaf: “İsrail ABŞ-ni İranla bitməyən müharibəyə cəlb etməyə çalışır”

Qalibaf: “İsrail ABŞ-ni İranla bitməyən müharibəyə cəlb etməyə çalışır”
Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir. İsrail ABŞ-ni İranla sonsuz müharibəyə cəlb etməyə çalışır. Yenicag.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “X” sosial şəbəkəsindəki paylaşımında bildirib. “İsrail ABŞ-ı İranla sonsuz müharibəyə sürükləmək üçün var gücü ilə çalışır. Bu, nə indiki, nə də gələcək prezidentin, istər respublikaçı, istərsə də demokrat olsun, çıxa bilməyəcəyi bir bataqlıqdır”, – Qalibaf qeyd edib. İran parlamentinin sədri Vaşinqtonun İsrailə münasibətdə siyasətini də tənqid edib. “Əgər Vaşinqton ‘İsrail hər şeydən əvvəl’ düşüncəsindən imtina etməsə, Amerikanı və onun müttəfiqlərini qaranlıq günlər gözləyir”, – o vurğulayıb. Ən son xəbərləri bizim YouTube kanalımızda izləyin @yenicagmedia “Yeni Çağ” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırır, müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. AZ1138, Şərifzadə küç., 168A, 2-ci bina, 2-ci mərtəbə, m.1 Bütün hüquqları qorunur. Yeni Çağ Media Group - © 2007-2026