Ezonn Xəbər

Fransa İranı yüzlərlə supermarketin soyuducu sistemlərinə kiberhücumda ittiham edib

Fransa İranı yüzlərlə supermarketin soyuducu sistemlərinə kiberhücumda ittiham edib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Fransa hakimiyyəti İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) ölkədə yüzlərlə supermarketin soyuducu və dondurucu sistemlərinin fəaliyyətini pozan kiberhücumlarda ittiham edib. Məlumata görə, Fransanın xarici işlər naziri Jan-Noel Barro hadisə ilə əlaqədar İran səfirinin Xarici İşlər Nazirliyinə çağırıldığını bildirib. Nazir, həmçinin Tehrana qarşı Avropa İttifaqı tərəfindən əlavə sanksiyaların tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib. Agentliyin məlumatına əsasən, oktyabrın 11-də həyata keçirilən kiberhücum zamanı yüzlərlə ticarət obyektində soyuducu avadanlıqlarının temperatur parametrləri uzaqdan dəyişdirilib. Bildirilir ki, hücumun texniki baxımdan mürəkkəb olmadığı ehtimal edilir. “Reuters” qeyd edir ki, hücuma məruz qalan avadanlıqların bir hissəsi köhnəlmiş olub və ya proqram təminatının əvvəlki versiyaları ilə işləyib. Bu isə hakerlərin sistemlərə müdaxiləsini asanlaşdırmış ola bilər. Fransa İranı yüzlərlə supermarketin soyuducu sistemlərinə kiberhücumda ittiham edib Qalibaf: İsrail ABŞ-ı İranla bitməyən müharibəyə cəlb etməyə çalışır Çin Ukraynada davamlı sülhün əldə olunması üçün əsas şərti açıqlayıb İzmirdə zavodda baş verən partlayışda ölənlərin sayı 16-ya çatıb - YENİLƏNİB-3 İran Rzayi ilə Vensin Qətərdə görüşəcəyi barədə məlumatı təkzib edib “Barselona”nın futbolçusu Avropanın ən yaxşı gənc oyunçusu seçilib Azərbaycan XİN İzmirdə fabrikdə baş verən partlayışla bağlı Türkiyəyə başsağlığı verib Tramp Konqresə seçkilərin saxtalaşdırıldığını iddia edib Mehriban Əliyeva sosial media hesabında Hacıqabuldan paylaşım edib Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib İbrahim Kalın: Vens və Möhsün Rzayi gələn həftə Dohada görüşəcək Rusiya və Ukrayna nümayəndə heyəti üçtərəfli danışıqların keçiriləcəyi Əbu-Dabiyə yola düşüb