Zakir Qaralovun əmisi qızı vəzifəsindən azad edildi

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Xocəsən Sağlamlıq Mərkəzinin direktoru vəzifəsindən azad olunub. Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, mərkəzin direktoru Mehriban Qaralova son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunaraq, təqaüdə yola salınıb. Onun yerinə Səbinə Məmmədova gətirilib. Qeyd edək ki, Mehriban Qaralova 2022-ci ilin noyabr ayında Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsindən azad edilərək sözügedən vəzifəyə gətirilmişdi. O, sabiq baş prokuror Zakir Qaralovun əmisi, mərhum YAP-çı deputat, professor Zahid Qaralovun qızıdır.