Ezonn Xəbər

Merz Ukraynaya maliyyə yardımı ayrılmasa, Aİ büdcəsini bloklamaqla hədələyib

Merz Ukraynaya maliyyə yardımı ayrılmasa, Aİ büdcəsini bloklamaqla hədələyib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Almaniya Kansleri Fridrix Merz Avropa İttifaqına (Aİ) üzv olan bütün ölkələrin Ukraynaya maliyyə dəstəyi göstərmək öhdəliyi götürməyəcəyi təqdirdə qurumun növbəti yeddiillik büdcəsini bloklamaqla hədələyib. Bu barədə “Financial Times” nəşri Merzin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştaya ünvanladığı məktuba istinadən məlumat yayıb. Məktubda Almaniyanın Aİ-nin 2028–2034-cü illər üçün büdcəsini dəstəkləməsinin bütün üzv dövlətlərin Ukraynaya 2027-ci ildə və sonrakı dövrdə maliyyə yardımı göstərmək barədə razılığa gəlməsindən asılı olduğu bildirilib. “Hamımızın istisnasız olaraq Ukraynanın maliyyə çatışmazlığının aradan qaldırılmasına ədalətli töhfə verəcəyimizə dair kollektiv öhdəlik bu məsələnin həlli və maliyyə nəticələri olan digər məsələlərin müzakirəsi üçün zəruri ilkin şərtdir”, – Merz məktubunda qeyd edib. Nəşrin məlumatına görə, Almaniya hökumətinin nümayəndəsi də kanslerin bu mövqeyini təsdiqləyib. Merz, həmçinin bütün Aİ ölkələrinin dəstəkləyəcəyi və 2028-ci ildən etibarən Ukrayna üçün etibarlı, çoxillik maliyyələşdirmə perspektivi yaradacaq həll yolunun tapılmasının vacibliyini vurğulayıb. Qeyd edək ki, mövcud hesablamalara əsasən, Ukraynanın 2027-ci ildə maliyyələşdirmə çatışmazlığının 70 milyard avroya çatacağı proqnozlaşdırılır. Merz Ukraynaya maliyyə yardımı ayrılmasa, Aİ büdcəsini bloklamaqla hədələyib Fransa İranı yüzlərlə supermarketin soyuducu sistemlərinə kiberhücumda ittiham edib Qalibaf: İsrail ABŞ-ı İranla bitməyən müharibəyə cəlb etməyə çalışır Çin Ukraynada davamlı sülhün əldə olunması üçün əsas şərti açıqlayıb İzmirdə zavodda baş verən partlayışda ölənlərin sayı 16-ya çatıb - YENİLƏNİB-3 İran Rzayi ilə Vensin Qətərdə görüşəcəyi barədə məlumatı təkzib edib “Barselona”nın futbolçusu Avropanın ən yaxşı gənc oyunçusu seçilib Azərbaycan XİN İzmirdə fabrikdə baş verən partlayışla bağlı Türkiyəyə başsağlığı verib Tramp Konqresə seçkilərin saxtalaşdırıldığını iddia edib Mehriban Əliyeva sosial media hesabında Hacıqabuldan paylaşım edib Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib