Redaksiya siyasəti və peşə etikası qaydaları

Ezonn TV «ATV» mənbəsinə istinadən xəbər verir.
Həqiqətə hörmət və cəmiyyətin məlumat almaq tələbatını ödəmək jurnalistikanın fundamental prinsipidir. Jurnalist hansı media subyektində çalışmasından asılı olmayaraq, ictimai məsuliyyət daşıyır. Media subyekti fəaliyyətində aşağıdakı prinsipləri rəhbər tutur: - redaksiya obyektivlik, dəqiqlik, qərəzsizlik və dürüstlük prinsiplərinə sadiq qalmalıdır; - məlumat dəqiqləşdirilmədən və ya düzgünlüyünə əmin olunmadan təqdim edilməməlidir; - faktların və hadisələrin təqdimatında birtərəflilik olmamalıdır; - böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir; - dövlət dilinin normalarına riayət edilməlidir; - jurnalist materiallarında vulqar ifadələrin, jarqonların işlədilməsindən çəkinməlidir; - redaksiya siyasəti heç bir halda dövlətçiliyə, cəmiyyətin milli-mənəvi dəyərlərinə, ümumi əxlaqa və ailə institutunun qorunması prinsipinə zidd ola bilməz; - vətəndaş hüquqları, həmrəylik, demokratiya, bərabər imkanlar ilə bağlı məsələlərə həssas yanaşılmalıdır; - redaksiya milli və ictimai maraqları qorumalıdır; - terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi, dini, cinsi ayrı-seçkiliyin təbliğinə yol verilməməlidir; - sağlamlığın və ətraf mühitin qorunmasına zidd hərəkətlərin təbliğ olunmasına yol verilməməlidir; - məlumat azadlığına, şəffaflığına, obyektivliyinə, qərəzsizliyinə, ədalətliliyinə və plüralizmə xələl gətirilməməlidir; - materiallar dəqiq və mümkün qədər müxtəlif baxış bucaqları diqqətə alınmaqla təqdim olunmalıdır; - jurnalist üzərinə düşən maarifçilik missiyasını unutmamalı, fəaliyyətində bu xətti inkişaf etdirməlidir; - faktların doğruluğuna əsaslanmaqla hadisələrə münasibətdə sağlam tənqidi düşüncə əsas götürülməlidir; - insanların təhlükəsizliyinə dair zorakılıq, cinayət və s. bu kimi mənfi təzahürlərlə bağlı məlumatlar obyektiv tərzdə işıqlandırılmalı, onların təbliğinə yol verilməməli və təsirinə düşülməməlidir;