“İsrail ABŞ-ni sonsuz müharibə bataqlığına çəkir”

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
“İsrail ABŞ-ni İranla sonsuz müharibə bataqlığına çəkir”. "Cebheinfo.az" xəbər verir ki, bunu İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf “X” heesabında yazıb. Qalibaf Vaşinqton administrasiyasını “Israel-First” siyasətindən imtina etməyə çağırıb. “İsrail administrasiyası ABŞ-ni İranla sonsuz hərbi münaqişəyə sürükləmək üçün intensiv səylər göstərir. Bu ehtimal olunan müharibə istər Respublikaçı, istərsə də Demokrat olsun, heç bir ABŞ prezidentinin qaça bilməyəcəyi bir bataqlığa çevriləcək. Vaşinqton “Israel-First” yanaşmasından əl çəkməzsə, ABŞ və onun müttəfiqləri qaranlıq bir dövrə qədəm qoyacaqlar” , - o qeyd edib.