İsrail Livanın cənubunda “Hizbullah”ın mövqelərinə zərbələr endirib, yaralananlar var

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı azı beş yaşayış məntəqəsinə hava zərbələri endirib. Bu barədə Livanın “Janoubia” xəbər portalı məlumat yayıb. Məlumata görə, İsrail qırıcıları Kfar-Tibnit, Mayfadun, Markaba, Tallus və Əl-Kantara yaşayış məntəqələrində “Hizbullah” təşkilatına məxsus olduğu bildirilən obyektləri hədəfə alıb. Bununla yanaşı, İsrail pilotsuz uçuş aparatları Deyr-Mimas və Əl-Cermak ərazilərindəki yerüstü hədəflərə raket zərbələri endirib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, hücumlar kənd sakinlərinin zeytun yığımı ilə məşğul olduğu gündüz saatlarında həyata keçirilib. Zərbələr nəticəsində yerli sakinlər arasında xəsarət alanların olduğu bildirilir. Yaralıların sayı dəqiqləşdirilir. Eyni zamanda, İsrail artilleriyası Livan ərazisini intensiv atəşə tutub. Zautar əş-Şərqiyyə, Məcdəl-Zun, Haddata, Haris və Əl-Məcali yaşayış məntəqələrinin ətrafına mərmilər düşüb. Artilleriya atəşinin nəticələri barədə hələlik ətraflı məlumat verilməyib. İsrail Livanın cənubunda “Hizbullah”ın mövqelərinə zərbələr endirib, yaralananlar var Reuters: Uitkoff və Kuşner Əbu-Dabi danışıqlarından sonra Putinlə görüşə bilərlər Merz Ukraynaya maliyyə yardımı ayrılmasa, Aİ büdcəsini bloklamaqla hədələyib Fransa İranı yüzlərlə supermarketin soyuducu sistemlərinə kiberhücumda ittiham edib Qalibaf: İsrail ABŞ-ı İranla bitməyən müharibəyə cəlb etməyə çalışır Çin Ukraynada davamlı sülhün əldə olunması üçün əsas şərti açıqlayıb İzmirdə zavodda baş verən partlayışda ölənlərin sayı 16-ya çatıb - YENİLƏNİB-3 İran Rzayi ilə Vensin Qətərdə görüşəcəyi barədə məlumatı təkzib edib “Barselona”nın futbolçusu Avropanın ən yaxşı gənc oyunçusu seçilib Azərbaycan XİN İzmirdə fabrikdə baş verən partlayışla bağlı Türkiyəyə başsağlığı verib Tramp Konqresə seçkilərin saxtalaşdırıldığını iddia edib