İsrail “Hizbullah” mövqelərinə zərbə endirdi

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı azı beş yaşayış məntəqəsinə hava zərbələri endirib. Yenicag.az xəbər verir ki, bu barədə Livanın “Janoubia” xəbər portalı məlumat yayıb. Məlumata görə, İsrail qırıcıları Kfar-Tibnit, Mayfadun, Markaba, Tallus və Əl-Kantara yaşayış məntəqələrində “Hizbullah” təşkilatına məxsus olduğu bildirilən obyektləri hədəfə alıb. Bununla yanaşı, İsrail pilotsuz uçuş aparatları Deyr-Mimas və Əl-Cermak ərazilərindəki yerüstü hədəflərə raket zərbələri endirib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, hücumlar kənd sakinlərinin zeytun yığımı ilə məşğul olduğu gündüz saatlarında həyata keçirilib. Zərbələr nəticəsində yerli sakinlər arasında xəsarət alanların olduğu bildirilir. Yaralıların sayı dəqiqləşdirilir. Eyni zamanda, İsrail artilleriyası Livan ərazisini intensiv atəşə tutub. Zautar əş-Şərqiyyə, Məcdəl-Zun, Haddata, Haris və Əl-Məcali yaşayış məntəqələrinin ətrafına mərmilər düşüb. Artilleriya atəşinin nəticələri barədə hələlik ətraflı məlumat verilməyib. Ən son xəbərləri bizim Threads kanalımızda izləyin @yenicagmedia “Yeni Çağ” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırır, müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. AZ1138, Şərifzadə küç., 168A, 2-ci bina, 2-ci mərtəbə, m.1 Bütün hüquqları qorunur. Yeni Çağ Media Group - © 2007-2026