Motosiklet avtobusla toqquşub, xəsarət alan var

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Gəncədə motosiklet "BakuBus" sərnişin avtobusu ilə toqquşub. Modern.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində baş verib. Belə ki, 2004-cü il təvəllüdlü R.Paşayevin idarə etdiyi motosiklet "BakuBus"a məxsus sərnişin avtobusu ilə toqquşub. Hadisə nəticəsində kuryer işləyən motosiklet sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.