Ezonn Xəbər

Yəməndə husilərə məxsus hərbi müəssisələr məhv edildi

Yəməndə husilərə məxsus hərbi müəssisələr məhv edildi
Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının qüvvələri Yəməndə husilərə məxsus ballistik raket komponentlərinin istehsal olunduğu bir neçə müəssisəyə zərbələr endirib. Yenicag.az xəbər verir ki, bu barədə alyansın rəsmi nümayəndəsi Türki əl-Maliki “X” sosial şəbəkəsində məlumat verib. Onun sözlərinə görə, əməliyyat nəticəsində raketlərin yığılması və komponentlərinin istehsalı zavodu, bərk yanacaq istehsalı müəssisəsi, eləcə də raketlərin elektron sistemlərinin yığıldığı sex məhv edilib. Yəməndə 2014-cü ilin avqustundan “Ənsar Allah” hərəkatı (husilər) ilə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında silahlı qarşıdurma davam edir. Regionda gərginlik 2026-cı ilin iyulunda husilərin Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etməsi və ölkəyə məxsus bir neçə neft tankerinə hücum etməsindən sonra artıb. Oktyabrda isə Yəmən hökumət qüvvələri silahlı qruplaşmanın nəzarətindəki əraziləri geri qaytarmaq üçün genişmiqyaslı əməliyyata başlayıb. Ən son xəbərləri bizim YouTube kanalımızda izləyin @yenicagmedia “Yeni Çağ” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırır, müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. AZ1138, Şərifzadə küç., 168A, 2-ci bina, 2-ci mərtəbə, m.1 Bütün hüquqları qorunur. Yeni Çağ Media Group - © 2007-2026