Ezonn Xəbər

Türkiyə hərbçiləri İraqdakı hərbi bazanı tərk edəcək

Türkiyə hərbçiləri İraqdakı hərbi bazanı tərk edəcək
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Türkiyə Silahlı Qüvvələrinin İraq Kürdüstanı muxtar bölgəsində yerləşən Zlikan hərbi bazasındakı kontingenti 2026-cı ilin sonunadək tamamilə çıxarılacaq. Bunu İraqın Baş nazirinin və Silahlı Qüvvələrin Ali Baş Komandanının rəsmi nümayəndəsi Əli əz-Zeydi Sabah ən-Numan “Al-Iraqiya News” telekanalına açıqlamasında deyib. “Başika bölgəsində yerləşən Zlikan düşərgəsindən Türkiyə qüvvələrinin mərhələli çıxarılmasına noyabr ayında başlanılacaq”, – Əli əz-Zeydi bildirib. Rəsmi nümayəndənin sözlərinə görə, Türkiyənin bazadakı hərbi mövcudluğu ilin sonunadək başa çatacaq və obyekt İraqın təhlükəsizlik qüvvələrinin nəzarətinə veriləcək. Ən-Numan bildirib ki, İraq-Türkiyə birgə təhlükəsizlik komitəsi artıq Zlikan bazasının təhvil verilməsi və Sincar bölgəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində fəaliyyətə başlayıb. Onun sözlərinə görə, prosesin müəyyən edilmiş müddətdə yekunlaşdırılması üçün komitənin fəaliyyəti yaxın vaxtlarda daha da intensivləşdiriləcək. Türkiyə hərbçiləri İraqdakı hərbi bazanı tərk edəcək İsrail Livanın cənubunda “Hizbullah”ın mövqelərinə zərbələr endirib, yaralananlar var Reuters: Uitkoff və Kuşner Əbu-Dabi danışıqlarından sonra Putinlə görüşə bilərlər Merz Ukraynaya maliyyə yardımı ayrılmasa, Aİ büdcəsini bloklamaqla hədələyib Fransa İranı yüzlərlə supermarketin soyuducu sistemlərinə kiberhücumda ittiham edib Qalibaf: İsrail ABŞ-ı İranla bitməyən müharibəyə cəlb etməyə çalışır Çin Ukraynada davamlı sülhün əldə olunması üçün əsas şərti açıqlayıb İzmirdə zavodda baş verən partlayışda ölənlərin sayı 16-ya çatıb - YENİLƏNİB-3 İran Rzayi ilə Vensin Qətərdə görüşəcəyi barədə məlumatı təkzib edib “Barselona”nın futbolçusu Avropanın ən yaxşı gənc oyunçusu seçilib Azərbaycan XİN İzmirdə fabrikdə baş verən partlayışla bağlı Türkiyəyə başsağlığı verib Tramp Konqresə seçkilərin saxtalaşdırıldığını iddia edib