Türkiyə İsraili COP31 liderlər sammitinə dəvət etməyib

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Türkiyə Antalyada keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci Konfransı (COP31) çərçivəsində təşkil olunacaq liderlər sammitinə İsrail hökumətini dəvət etməyib. Türkiyə mediasının məlumatına görə, bunu COP31-in prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib. “Tədbirin təşkili çərçivəsində liderlərə dəvətləri ev sahibi ölkə, yəni Türkiyə göndərir. Biz İsrail hökumətini liderlər sammitinə dəvət etməmişik”, – nazir deyib. Bununla yanaşı, Kurum vurğulayıb ki, hər bir ölkənin BMT himayəsi altında keçirilən danışıqlarda iştirak etmək, öz mövqeyini və layihələrini təqdim etmək hüququ var. “Buna görə də BMT tərəfindən təşkil olunan tədbirlərə dünyanın bütün ölkələri dəvət edilir. Lakin ev sahibi ölkə olaraq biz İsraili liderlər sammitinə dəvət etməmişik”, – o qeyd edib. Nazir əlavə edib ki, beynəlxalq iqlim konfransının Türkiyədə keçirilməsi Ankaranın İsrailə münasibətini dəyişməyəcək. Türkiyə İsraili COP31 liderlər sammitinə dəvət etməyib Şuşada Zəfər Günü və Şəhər Günü münasibətilə konsert proqramı təşkil olunub - FOTO Türkiyə hərbçiləri İraqdakı hərbi bazanı tərk edəcək İsrail Livanın cənubunda “Hizbullah”ın mövqelərinə zərbələr endirib, yaralananlar var Reuters: Uitkoff və Kuşner Əbu-Dabi danışıqlarından sonra Putinlə görüşə bilərlər Merz Ukraynaya maliyyə yardımı ayrılmasa, Aİ büdcəsini bloklamaqla hədələyib Fransa İranı yüzlərlə supermarketin soyuducu sistemlərinə kiberhücumda ittiham edib Qalibaf: İsrail ABŞ-ı İranla bitməyən müharibəyə cəlb etməyə çalışır Çin Ukraynada davamlı sülhün əldə olunması üçün əsas şərti açıqlayıb İzmirdə zavodda baş verən partlayışda ölənlərin sayı 16-ya çatıb - YENİLƏNİB-3 İran Rzayi ilə Vensin Qətərdə görüşəcəyi barədə məlumatı təkzib edib “Barselona”nın futbolçusu Avropanın ən yaxşı gənc oyunçusu seçilib