Ezonn Xəbər

Trampın adamları Moskvaya gəlir: Putinlə görüş...

Trampın adamları Moskvaya gəlir: Putinlə görüş...
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner Əbu-Dabidə keçiriləcək üçtərəfli görüşdən sonra Rusiyaya səfər edə bilərlər. Axar.az xəbər verir ki, bu barədə adı açıqlanmayan ABŞ rəsmiləri “Röyters”ə məlumat veriblər. Onların Moskvaya səfər edərək Rusiya Prezidenti Vladimir Putinlə görüşə biləcəkləri barədə məlumat daxil olub. Lakin görüşün tarixi və gündəliyi barədə məlumat verilməyib. Qeyd edək ki, Əbu-Dabidə üçtərəfli görüşün bu ayın 10-11-də keçirilməsi planlaşdırılır.