“Dəmir yumruğunuz Azərbaycanın sarsılmaz iradəsinin rəmzidir” - Mübariz Mənsimov İlham Əliyevə yazdı

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Yenicag.az xəbər verir ki, Mübariz Mənsimov məktubunda 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin əhəmiyyətini vurğulayıb, Prezident İlham Əliyevin qətiyyətli liderliyini, Azərbaycan xalqının birliyini və qəhrəman ordumuzun şücaətini Zəfərin əsas amilləri kimi qiymətləndirib. İş adamı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Qələbə yalnız hərbi uğur deyil, həm də Azərbaycan xalqının milli qürurunun, ləyaqətinin və sarsılmaz iradəsinin təntənəsidir. “Sizin sarsılmaz iradəniz, qətiyyətli liderliyiniz, güclü siyasi iradəniz və Müzəffər Ali Baş Komandan kimi nümayiş etdirdiyiniz əzm 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin ən mühüm amillərindən olmuşdur”, – deyə təbrik məktubunda qeyd olunub. Mübariz Mənsimov Prezident İlham Əliyevin “Dəmir yumruq” ifadəsinin Azərbaycan dövlətinin qüdrətinin və xalqın milli birliyinin rəmzinə çevrildiyini xüsusi vurğulayıb: “Sizin ‘Dəmir yumruğ’unuz Azərbaycan dövlətinin qüdrətinin, xalqımızın sarsılmaz birliyinin, şanlı Ordumuzun gücünün və milli iradəmizin rəmzinə çevrilmişdir. Bu güc bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı öz torpağına, dövlətinə və milli dəyərlərinə sahib çıxmaq əzmindədir”. Məktubda tarixi Zəfərin qazanılmasında şəhidlərin və qazilərin misilsiz xidmətlərinə də xüsusi yer ayrılıb. “Bu möhtəşəm Zəfəri bizə yaşadan qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Onların qəhrəmanlığı və fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaqdır”, – deyə Mənsimov bildirib. “Qoy Sizin ‘Dəmir yumruğ’unuz daim dövlətimizin qüdrətinin, xalqımızın birliyinin və Azərbaycanın sarsılmaz iradəsinin rəmzi olaraq yaşasın! Uca Allah Azərbaycanımızı, dövlətimizi və xalqımızı qorusun! Qarabağ Azərbaycandır!” – deyə Mübariz Mənsimov təbrik məktubunu yekunlaşdırıb. Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin @yenicagmedia “Yeni Çağ” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırır, müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. AZ1138, Şərifzadə küç., 168A, 2-ci bina, 2-ci mərtəbə, m.1 Bütün hüquqları qorunur. Yeni Çağ Media Group - © 2007-2026