İzmirdə partlayış: 6 nəfər saxlanıldı

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Türkiyənin İzmir vilayətinin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində baş verən və 16 nəfərin həyatına son qoyan partlayışla bağlı 6 şübhəli şəxs saxlanılıb. Bildirilib ki, faktla bağlı dərhal cinayət işi başlanılıb. İlkin araşdırmalar nəticəsində hadisədə təqsiri olduğu müəyyən edilən 6 şübhəli saxlanılıb. Hazırda hadisə ilə bağlı istintaq davam etdirilir.