Ezonn Xəbər

Netanyahu İsrailin yeni hökumətinə rəhbərlik etmək istədiyini açıqlayıb

Netanyahu İsrailin yeni hökumətinə rəhbərlik etmək istədiyini açıqlayıb
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. © APA | İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin Baş naziri Benyamin Netanyahu milli birlik hökumətinin yaradılmasının zəruri olduğunu və bu hökumətə rəhbərliyin onun başçılıq etdiyi “Likud” partiyasına verilməli olduğunu bildirib. APA xəbər verir ki, Netanyahu bu barədə videomüraciətində danışıb. Baş nazir mövqeyini oktyabrın 27-də keçirilən 26-cı çağırış Knesset seçkilərində “Likud”un digər partiyalardan daha çox səs toplaması ilə əsaslandırıb. “Milli birlik hökuməti təxirəsalınmaz zərurətdir. Təbii ki, belə bir hökumətə ən böyük partiya rəhbərlik etməlidir”, – Netanyahu bildirib. Onun sözlərinə görə, yeni hökumətin tərkibinə milli düşərgədə təmsil olunan bütün partiyalar, o cümlədən ultraortodoks və sionist siyasi qüvvələr daxil olmalıdır. Netanyahu müraciətində baş nazir vəzifəsinin başqa siyasi liderlə rotasiya əsasında bölüşdürülməsi ehtimalına toxunmayıb. Netanyahu İsrailin yeni hökumətinə rəhbərlik etmək istədiyini açıqlayıb Pentaqon: ABŞ-ın Avropanın müdafiəsini maliyyələşdirdiyi dövr başa çatır Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür Səudiyyə Ərəbistanı husilərin ballistik raket istehsalı müəssisələrini məhv edib Türkiyə İsraili COP31 liderlər sammitinə dəvət etməyib Şuşada Zəfər Günü və Şəhər Günü münasibətilə konsert proqramı təşkil olunub - FOTO Türkiyə hərbçiləri İraqdakı hərbi bazanı tərk edəcək İsrail Livanın cənubunda “Hizbullah”ın mövqelərinə zərbələr endirib, yaralananlar var Reuters: Uitkoff və Kuşner Əbu-Dabi danışıqlarından sonra Putinlə görüşə bilərlər Merz Ukraynaya maliyyə yardımı ayrılmasa, Aİ büdcəsini bloklamaqla hədələyib Fransa İranı yüzlərlə supermarketin soyuducu sistemlərinə kiberhücumda ittiham edib