Ezonn Xəbər

Ruhiyyə Əliyevadan şəhid ailələrinə diqqət - VİDEO

Ruhiyyə Əliyevadan şəhid ailələrinə diqqət - VİDEO
Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir. İş xanımı, “Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva şəhid ailələrinə göstərdiyi diqqət və qayğı ilə növbəti dəfə təqdirəlayiq addım atıb. O, 8 noyabr Zəfər günündə şəhid ailələri ilə görüşüb. Yenicag.az xəbər verir ki, R.Əliyeva Vətən uğrunda qəhrəmancasına şəhid olmuş dörd hərbçimizin – polkovnik-leytenantlar Mehman Qənbərov və Həmdəm Ağayevin, baş gizir Elnur Rüstəmovun və mayor Emin Süleymanovun ailələrini ziyarət edib. Görüş zamanı şəhidlərimizin həyat yoldaşları, valideynləri və övladları ilə söhbət edən iş xanımı onların xatirələrini dinləyib, ailələrə dəstəyini ifadə edib. Ruhiyyə Əliyeva paylaşımında “Böyükdür Vətən dediyin, şəhid Vətəndən də böyük…” sözləri ilə qəhrəmanlarımızın əbədiyaşar xatirəsinə ehtiramını ifadə edib. Şəhid ailələrinə sahib çıxmaq, onların yanında olmaq və övladlarının üzündə təbəssüm yaratmaq yalnız bir xeyirxahlıq deyil, həm də böyük mənəvi məsuliyyətdir. Ruhiyyə Əliyevanın bu ziyarəti də həmin dəyərlərin əməli ifadəsidir. Ən son xəbərləri bizim Threads kanalımızda izləyin @yenicagmedia “Yeni Çağ” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırır, müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. AZ1138, Şərifzadə küç., 168A, 2-ci bina, 2-ci mərtəbə, m.1 Bütün hüquqları qorunur. Yeni Çağ Media Group - © 2007-2026