ABŞ Konqresinə Pentaqon rəhbərinin impiçmenti ilə bağlı qətnamə təqdim edilib

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
ABŞ Konqresinin Nümayəndələr Palatasına müdafiə naziri Pit Heqsetin impiçment prosedurunun başlanmasını nəzərdə tutan qətnamə təqdim edilib. APA xəbər verir ki, təşəbbüslə Kentukki ştatından respublikaçı konqresmen Tomas Massi çıxış edib. Konqresmen Nümayəndələr Palatasındakı çıxışı zamanı qətnamənin əsas müddəalarını səsləndirib. Sənəddə Heqsetin İrana qarşı müharibənin başlanması ilə bağlı qanunsuz əmrləri bilərəkdən yerinə yetirdiyi və buna görə vəzifəsindən uzaqlaşdırılmalı olduğu iddia edilir. Massi bildirib ki, hərbi əməliyyatlar Konqresin razılığı olmadan başlanıb və həmin vaxt İran ABŞ üçün birbaşa təhlükə yaratmayıb. Qətnamədə Pentaqon rəhbərinə qarşı ümumilikdə səkkiz ittiham irəli sürülüb. Bunlar arasında İrana qarşı müharibə ilə yanaşı, Yəmən və Venesueladakı hərbi əməliyyatlarla bağlı səlahiyyətlərdən sui-istifadə iddiaları da yer alıb. Məlumata görə, qətnamə ilə bağlı səsvermənin yaxın günlərdə keçirilməsi gözlənilir. Qeyd edək ki, bir çox demokrat konqresmen, eləcə də bəzi respublikaçılar ABŞ-ın İranla müharibəsində Heqsetin fəaliyyətini kəskin tənqid ediblər. Pentaqon rəhbəri isə impiçment təşəbbüsündən narahat olmadığını bildirib. ABŞ Konqresinə Pentaqon rəhbərinin impiçmenti ilə bağlı qətnamə təqdim edilib Tramp İrana qarşı müharibə xərclərinin Yaxın Şərq ölkələri tərəfindən ödənilməsini tələb edib Netanyahu İsrailin yeni hökumətinə rəhbərlik etmək istədiyini açıqlayıb Pentaqon: ABŞ-ın Avropanın müdafiəsini maliyyələşdirdiyi dövr başa çatır Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür Səudiyyə Ərəbistanı husilərin ballistik raket istehsalı müəssisələrini məhv edib Türkiyə İsraili COP31 liderlər sammitinə dəvət etməyib Şuşada Zəfər Günü və Şəhər Günü münasibətilə konsert proqramı təşkil olunub - FOTO Türkiyə hərbçiləri İraqdakı hərbi bazanı tərk edəcək