KİV: Razılaşma əldə olunarsa, ABŞ İranın 9 milyard dollar həcmində dondurulmuş aktivlərini azad edə bilər

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
ABŞ və İran arasında aparılan diplomatik təmaslar çərçivəsində Tehranın dondurulmuş aktivlərinin azad edilməsi, uranın zənginləşdirilməsi səviyyəsinin azaldılması və beynəlxalq nüvə müfəttişlərinin ölkəyə qayıtması məsələləri müzakirə olunur. APA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb. Mənbələrin sözlərinə görə, Qətər və Pakistanın birgə təşəbbüsü Vaşinqtonla Tehran arasında ciddi danışıqlar prosesinin bərpasına imkan yaradıb. Bildirilir ki, tərəflər razılığa gələcəkləri təqdirdə ABŞ İranın 6–9 milyard dollar məbləğində dondurulmuş aktivlərini azad edə bilər. Təklif olunan razılaşma çərçivəsində Hörmüz boğazının açılması və İrana qarşı dəniz blokadasının dərhal aradan qaldırılması da nəzərdə tutulur. Telekanalın məlumatına görə, tərəflər İran ərazisində uranın 3,67 faiz səviyyəsində zənginləşdirilməsinə icazə verilməsi barədə ilkin anlaşmaya yaxınlaşıblar. “Vaşinqton İran ərazisində uranın 3,67 faizədək zənginləşdirilməsinə razılıq verib, Tehran isə bunu qəbul edib”, – mənbələr bildirib. Bununla yanaşı, ABŞ İranın indiyədək 60 faiz səviyyəsində zənginləşdirdiyi uranın zənginləşdirmə dərəcəsinin aşağı salınmasını tələb edir. Bu məqsədlə üçüncü ölkənin prosesə cəlb edilməsi də müzakirə olunur. Digər mühüm məsələ Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinin İrana qayıtmasıdır. Mənbələr bildiriblər ki, müfəttişlərin fəaliyyətinin bərpası ilə bağlı müzakirələrə hazırlıq görülür. Lakin onların səlahiyyətlərinin və yoxlamaların miqyasının necə müəyyən ediləcəyi hələ dəqiqləşdirilməyib. KİV: Razılaşma əldə olunarsa, ABŞ İranın 9 milyard dollar həcmində dondurulmuş aktivlərini azad edə bilər Rubio: Ukraynaya təhlükəsizlik zəmanətləri Rusiyanın razılığı olmadan işləməyəcək ABŞ Konqresinə Pentaqon rəhbərinin impiçmenti ilə bağlı qətnamə təqdim edilib Tramp İrana qarşı müharibə xərclərinin Yaxın Şərq ölkələri tərəfindən ödənilməsini tələb edib Netanyahu İsrailin yeni hökumətinə rəhbərlik etmək istədiyini açıqlayıb Pentaqon: ABŞ-ın Avropanın müdafiəsini maliyyələşdirdiyi dövr başa çatır Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür Səudiyyə Ərəbistanı husilərin ballistik raket istehsalı müəssisələrini məhv edib