Ezonn Xəbər

ABŞ demokratları Trampın yüksəkvəzifəli köməkçisi ilə bağlı araşdırmaya başlamağı planlaşdırırlar

ABŞ demokratları Trampın yüksəkvəzifəli köməkçisi ilə bağlı araşdırmaya başlamağı planlaşdırırlar
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. © APA | ABŞ Prezidenti Donald Tramp və onun köməkçisi Stiven Miller ABŞ Demokratlar Partiyasının nümayəndələri Prezident Donald Trampın sərt miqrasiya siyasətinin həyata keçirilməsində roluna görə Ağ Evin yüksəkvəzifəli rəsmisi Stiven Millerin fəaliyyətinin araşdırılmasını planlaşdırırlar. Bu barədə demokrat konqresmen Robert Qarsiya CNN telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Miller Tramp administrasiyasının mühüm siyasi qərarlarının hazırlanması və həyata keçirilməsində əsas fiqurlardan biridir. “Stiven Miller administrasiyanın qəbul etdiyi ən mühüm siyasi qərarların mərkəzində dayanır. Buna görə də onun fəaliyyəti nəzarət və araşdırma predmeti olmalıdır”, – Qarsiya vurğulayıb. Konqresmen bildirib ki, demokratlar miqrasiya siyasəti çərçivəsində qəbul edilən qərarların, o cümlədən saxlanılma və deportasiya tədbirlərinin qanuniliyinin araşdırılmasını istəyirlər. Qeyd edək ki, demokratlar aralıq seçkilərində əldə etdikləri nəticələrdən sonra Tramp administrasiyasının bir sıra yüksəkvəzifəli nümayəndələrinin fəaliyyətinə dair Konqres araşdırmaları aparmağı planlaşdırırlar. ABŞ demokratları Trampın yüksəkvəzifəli köməkçisi ilə bağlı araşdırmaya başlamağı planlaşdırırlar Əbu-Dabi danışıqlarında Avropa ölkələrinin mümkün təmsilçilərinin kimliyi açıqlanıb Merz: Almaniya şəhərlərinin küçələrində yenidən antisemitizm müşahidə olunur ABŞ Prezidenti Əbu-Dabi danışıqlarında Ukrayna ilə bağlı irəliləyişin mümkün olduğunu düşünür Tramp: ABŞ istənilən vaxt İrana yenidən zərbə endirməyə hazırdır KİV: Razılaşma əldə olunarsa, ABŞ İranın 9 milyard dollar həcmində dondurulmuş aktivlərini azad edə bilər Rubio: Ukraynaya təhlükəsizlik zəmanətləri Rusiyanın razılığı olmadan işləməyəcək ABŞ Konqresinə Pentaqon rəhbərinin impiçmenti ilə bağlı qətnamə təqdim edilib Tramp İrana qarşı müharibə xərclərinin Yaxın Şərq ölkələri tərəfindən ödənilməsini tələb edib Netanyahu İsrailin yeni hökumətinə rəhbərlik etmək istədiyini açıqlayıb Pentaqon: ABŞ-ın Avropanın müdafiəsini maliyyələşdirdiyi dövr başa çatır