UFC rəhbəri Ağ Evin mətbuat katibi vəzifəsində işləmək təklifindən imtina edib

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
UFC-nin prezidenti Dana Uayt ABŞ Prezidenti Donald Trampın Ağ Evin mətbuat katibi vəzifəsini tutmaq təklifini qəbul etməyib. APA xəbər verir ki, hadisə Trampın Ağ Evdə keçirdiyi növbədənkənar mətbuat konfransı zamanı baş verib. ABŞ Prezidenti jurnalistlər qarşısına UFC rəhbəri Dana Uaytla birlikdə çıxıb. Brifinqin sonunda Tramp Uayta müraciət edərək ondan ABŞ Prezidentinin mətbuat katibi olmaq istəyib-istəmədiyini soruşub. “Təklifinizə görə təşəkkür edirəm, cənab Prezident. Amma mən siyasətə qarışmaq istəmirəm, xeyr”, – Uayt cavab verib. Tramp isə onun cavabına zarafatla reaksiya göstərib. “Eşitdiklərim məni şoka saldı. Hamınızla sağollaşıram!” – deyən ABŞ Prezidenti bununla da mətbuat konfransını başa çatdırıb. UFC rəhbəri Ağ Evin mətbuat katibi vəzifəsində işləmək təklifindən imtina edib ABŞ demokratları Trampın yüksəkvəzifəli köməkçisi ilə bağlı araşdırmaya başlamağı planlaşdırırlar Əbu-Dabi danışıqlarında Avropa ölkələrinin mümkün təmsilçilərinin kimliyi açıqlanıb Merz: Almaniya şəhərlərinin küçələrində yenidən antisemitizm müşahidə olunur ABŞ Prezidenti Əbu-Dabi danışıqlarında Ukrayna ilə bağlı irəliləyişin mümkün olduğunu düşünür Tramp: ABŞ istənilən vaxt İrana yenidən zərbə endirməyə hazırdır KİV: Razılaşma əldə olunarsa, ABŞ İranın 9 milyard dollar həcmində dondurulmuş aktivlərini azad edə bilər Rubio: Ukraynaya təhlükəsizlik zəmanətləri Rusiyanın razılığı olmadan işləməyəcək ABŞ Konqresinə Pentaqon rəhbərinin impiçmenti ilə bağlı qətnamə təqdim edilib Tramp İrana qarşı müharibə xərclərinin Yaxın Şərq ölkələri tərəfindən ödənilməsini tələb edib Netanyahu İsrailin yeni hökumətinə rəhbərlik etmək istədiyini açıqlayıb