Ezonn Xəbər

ABŞ İsrailə hər il ayrılan 4 milyard dollarlıq hərbi yardımı dayandırmaq istəyir

ABŞ İsrailə hər il ayrılan 4 milyard dollarlıq hərbi yardımı dayandırmaq istəyir
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrailə Amerika silahlarının alınması üçün hər il ayrılan 4 milyard dollarlıq maliyyə yardımını mümkün qədər tez dayandırmaq niyyətindədir. APA xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Parisdə jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Tramp İsrailin artıq kifayət qədər zəngin və iqtisadi cəhətdən güclü ölkə olduğunu, buna görə də Amerika silahlarını öz vəsaiti hesabına ala biləcəyini düşünür. “Prezident hesab edir ki, İsrail artıq silah almaq üçün kifayət qədər varlı və firavan ölkədir”, – Rubio deyib. Dövlət katibi bildirib ki, Vaşinqton və Təl-Əviv hazırda bu məsələ ilə bağlı yeni anlaşma memorandumu üzərində danışıqlar aparırlar. “Prezident maliyyələşdirmə ilə bağlı hissənin mümkün qədər tez başa çatmasını istəyir. Biz də memorandumla bağlı müzakirələrimizi buna uyğun aparırıq”, – o vurğulayıb. Rubionun sözlərinə görə, İsrail ABŞ-dan silah almağa davam edə bilər, lakin Vaşinqton artıq bu alışları maliyyələşdirməməlidir. “Onlar bizdən silah ala bilərlər, amma biz artıq bunun üçün maliyyə ayırmamalıyıq. İsrail tərəfi özü də bunu təklif edib”, – dövlət katibi bildirib. Jurnalistlərin yeni mexanizmin 2027-ci ildən tətbiqinin mümkün olub-olmadığı barədə sualına Rubio Trampın məhz belə bir yanaşmanı dəstəklədiyini söyləyib. O əlavə edib ki, İsrailin özünün də silah istehsalı imkanları var və hazırlanacaq memorandum iki ölkə arasında birgə hərbi istehsalı da nəzərdə tuta bilər. “Lakin maliyyələşdirməyə gəldikdə, İsrail artıq bu mərhələni açıq şəkildə geridə qoyub”, – Rubio qeyd edib. ABŞ İsrailə hər il ayrılan 4 milyard dollarlıq hərbi yardımı dayandırmaq istəyir UFC rəhbəri Ağ Evin mətbuat katibi vəzifəsində işləmək təklifindən imtina edib ABŞ demokratları Trampın yüksəkvəzifəli köməkçisi ilə bağlı araşdırmaya başlamağı planlaşdırırlar Əbu-Dabi danışıqlarında Avropa ölkələrinin mümkün təmsilçilərinin kimliyi açıqlanıb Merz: Almaniya şəhərlərinin küçələrində yenidən antisemitizm müşahidə olunur ABŞ Prezidenti Əbu-Dabi danışıqlarında Ukrayna ilə bağlı irəliləyişin mümkün olduğunu düşünür Tramp: ABŞ istənilən vaxt İrana yenidən zərbə endirməyə hazırdır