"GTA VI" videooyununun satışa çıxarılması Britaniya şirkətlərinə 16 milyon dollara başa gələ bilər

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
“Grand Theft Auto VI” (GTA VI) videooyununun satışa çıxarılması Böyük Britaniya şirkətlərinə təxminən 12 milyon funt sterlinq (16 milyon dollar) məbləğində xərc yarada bilər. “The Sun” qəzetinin yazdığına görə, noyabrın 19-na planlaşdırılan oyunun çıxışı ilə əlaqədar on minlərlə əməkdaş məzuniyyət götürməyə başlayıb. “BrightHR” şirkətinin məlumatına əsasən, noyabr və dekabr ayları ərzində GTA VI ilə əlaqədar ümumilikdə 83 min məzuniyyət günü üçün müraciət qeydə alınıb. Hesablamalara görə, bunun Britaniya işəgötürənlərinə ümumi xərci 12,4 milyon funt sterlinqə çata bilər. Təkcə oyunun satışa çıxarılacağı gün üçün bu göstərici 3,14 milyon funt sterlinq qiymətləndirilir. Bildirilir ki, bəzi oyun həvəskarları rəhbərlikdən məzuniyyət ala bilməyəcəkləri təqdirdə işdən çıxmaqla belə hədələyiblər. Qeyd edək ki, “Rockstar Games” tərəfindən hazırlanan GTA VI əvvəlcə yalnız “PlayStation 5” və “Xbox Series X/S” platformalarında əlçatan olacaq. "GTA VI" videooyununun satışa çıxarılması Britaniya şirkətlərinə 16 milyon dollara başa gələ bilər ABŞ İsrailə hər il ayrılan 4 milyard dollarlıq hərbi yardımı dayandırmaq istəyir UFC rəhbəri Ağ Evin mətbuat katibi vəzifəsində işləmək təklifindən imtina edib ABŞ demokratları Trampın yüksəkvəzifəli köməkçisi ilə bağlı araşdırmaya başlamağı planlaşdırırlar Əbu-Dabi danışıqlarında Avropa ölkələrinin mümkün təmsilçilərinin kimliyi açıqlanıb Merz: Almaniya şəhərlərinin küçələrində yenidən antisemitizm müşahidə olunur ABŞ Prezidenti Əbu-Dabi danışıqlarında Ukrayna ilə bağlı irəliləyişin mümkün olduğunu düşünür Tramp: ABŞ istənilən vaxt İrana yenidən zərbə endirməyə hazırdır KİV: Razılaşma əldə olunarsa, ABŞ İranın 9 milyard dollar həcmində dondurulmuş aktivlərini azad edə bilər Rubio: Ukraynaya təhlükəsizlik zəmanətləri Rusiyanın razılığı olmadan işləməyəcək ABŞ Konqresinə Pentaqon rəhbərinin impiçmenti ilə bağlı qətnamə təqdim edilib Tramp İrana qarşı müharibə xərclərinin Yaxın Şərq ölkələri tərəfindən ödənilməsini tələb edib