ABŞ Moldovada 530 milyon dollarlıq layihələr həyata keçirməyi planlaşdırır

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
ABŞ Moldovada diplomatik və enerji infrastrukturunun inkişafına ümumilikdə 530 milyon dollar sərmayə qoymağı planlaşdırır. Bunu ABŞ-ın Moldovadakı yeni səfiri Cozef Mark Burkhalter “Moldova 1” telekanalına müsahibəsində bildirib. Diplomatın sözlərinə görə, Vaşinqton Kişineuda yeni səfirlik binasının tikintisinə 400 milyon dollar, Moldovanın Avropa elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək elektrik ötürücü xəttin inşasına isə 130 milyon dollar ayırmağı nəzərdə tutur. Burkhalter vurğulayıb ki, ABŞ Moldovaya marağını itirməyib və ölkədə uzunmüddətli fəaliyyətini davam etdirmək niyyətindədir. “Bizim buradakı mövcudluğumuz amerikalıların qalacağının aydın göstəricisidir. Moldova bundan sonra da bizim dostumuz olacaq. İkitərəfli münasibətlərin genişləndirilməsinə yönəlmiş layihələri inkişaf etdirməyə davam edəcəyik”, – səfir bildirib. ABŞ Moldovada 530 milyon dollarlıq layihələr həyata keçirməyi planlaşdırır "GTA VI" videooyununun satışa çıxarılması Britaniya şirkətlərinə 16 milyon dollara başa gələ bilər ABŞ İsrailə hər il ayrılan 4 milyard dollarlıq hərbi yardımı dayandırmaq istəyir UFC rəhbəri Ağ Evin mətbuat katibi vəzifəsində işləmək təklifindən imtina edib ABŞ demokratları Trampın yüksəkvəzifəli köməkçisi ilə bağlı araşdırmaya başlamağı planlaşdırırlar Əbu-Dabi danışıqlarında Avropa ölkələrinin mümkün təmsilçilərinin kimliyi açıqlanıb Merz: Almaniya şəhərlərinin küçələrində yenidən antisemitizm müşahidə olunur ABŞ Prezidenti Əbu-Dabi danışıqlarında Ukrayna ilə bağlı irəliləyişin mümkün olduğunu düşünür Tramp: ABŞ istənilən vaxt İrana yenidən zərbə endirməyə hazırdır KİV: Razılaşma əldə olunarsa, ABŞ İranın 9 milyard dollar həcmində dondurulmuş aktivlərini azad edə bilər Rubio: Ukraynaya təhlükəsizlik zəmanətləri Rusiyanın razılığı olmadan işləməyəcək ABŞ Konqresinə Pentaqon rəhbərinin impiçmenti ilə bağlı qətnamə təqdim edilib Tramp İrana qarşı müharibə xərclərinin Yaxın Şərq ölkələri tərəfindən ödənilməsini tələb edib