Ezonn Xəbər

Makron uşaqlar üçün bəzi süni intellekt modellərinin qadağan edilməsini təklif edib

Makron uşaqlar üçün bəzi süni intellekt modellərinin qadağan edilməsini təklif edib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Fransa Prezidenti Emmanuel Makron yetkinlik yaşına çatmayanlar üçün təhlükə yaradan süni intellekt (Sİ) modellərinin istifadəsinin qadağan oluna biləcəyini bildirib. APA xəbər verir ki, Makron bu barədə “Les Echos” qəzetinə müsahibəsində danışıb. “Əgər süni intellektdən istifadənin müəyyən formaları uşaqlar üçün risk yaradırsa, həmin istifadələr qadağan edilməlidir”, – Fransa Prezidenti vurğulayıb. Makron bildirib ki, süni intellektin uşaqlara təsirinin öyrənilməsi üçün elmi ictimaiyyətin iştirakı vacibdir. Onun sözlərinə görə, mütəxəssislər hansı növ süni intellektlə qarşılıqlı əlaqənin yetkinlik yaşına çatmayanlar üçün təhlükə yaratdığını müəyyən etməlidirlər. Fransa lideri süni intellekt sahəsində kifayət qədər tənzimləmənin olmamasını “Vəhşi Qərb”lə müqayisə edib. O qeyd edib ki, zərurət yaranarsa, məhdudiyyətlər zərərli modellərin tamamilə qadağan edilməsinə qədər genişləndirilə bilər. “Biz hökumətlər və şirkətlərlə birlikdə ilkin audit və sertifikatlaşdırma prinsipini qəbul edən ilk xartiyanı hazırlayırıq”, – Makron bildirib. Prezidentin sözlərinə görə, uşaqların süni intellektdən istifadəsinin tənzimlənməsinə yönəlmiş sənəd noyabrın 10–11-də keçiriləcək Paris Sülh Forumunda təqdim olunacaq. Fransa hakimiyyəti təşəbbüsün Avropa səviyyəsində tətbiqinə, həmçinin ABŞ, Kanada və digər ölkələrin prosesə qoşulmasına nail olmaq niyyətindədir. Qeyd edək ki, Makron daha əvvəl də yetkinlik yaşına çatmayanların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlərin tətbiqini dəstəkləyib. Fransa, Emmanuel Makron, süni intellekt, uşaqlar, sosial şəbəkələr, Les Echos, Paris Sülh Forumu, texnologiya, qadağa Makron uşaqlar üçün bəzi süni intellekt modellərinin qadağan edilməsini təklif edib ABŞ Moldovada 530 milyon dollarlıq layihələr həyata keçirməyi planlaşdırır "GTA VI" videooyununun satışa çıxarılması Britaniya şirkətlərinə 16 milyon dollara başa gələ bilər ABŞ İsrailə hər il ayrılan 4 milyard dollarlıq hərbi yardımı dayandırmaq istəyir UFC rəhbəri Ağ Evin mətbuat katibi vəzifəsində işləmək təklifindən imtina edib ABŞ demokratları Trampın yüksəkvəzifəli köməkçisi ilə bağlı araşdırmaya başlamağı planlaşdırırlar Əbu-Dabi danışıqlarında Avropa ölkələrinin mümkün təmsilçilərinin kimliyi açıqlanıb Merz: Almaniya şəhərlərinin küçələrində yenidən antisemitizm müşahidə olunur