"Anthropic" şirkəti “Claude”dan qanunsuz istifadə edənlərdən 2,3 milyard dollaradək gəlir əldə etmiş ola bilər

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
ABŞ-ın “Anthropic” şirkəti 2026-cı ilin ilk doqquz ayında “Claude” süni intellekt çatbotundan istifadə qaydalarını pozan istifadəçilərdən 2,3 milyard dollaradək gəlir əldə etmiş ola bilər. Bu barədə “Vedomosti” nəşri şirkətin birjaya çıxış üçün hazırladığı sənədlərə istinadən məlumat yayıb. Nəşrin hesablamalarına görə, qaydaları pozan istifadəçilər yanvar-sentyabr aylarında “Anthropic”ə 1,66 milyard dollardan 2,33 milyard dollaradək gəlir gətiriblər. Bu isə şirkətin həmin dövrdəki ümumi gəlirinin 5–7 faizini təşkil edir. Qayda pozuntuları arasında “Claude” çatbotuna giriş imkanının icazəsiz şəkildə üçüncü şəxslərə satılması, eləcə də xidmətin rəsmi olaraq əlçatan olmadığı ölkələrdə, o cümlədən Rusiyada istifadəsi yer alır. “Anthropic” şirkətindən bildirilib ki, qaydaları pozan istifadəçilərin müəyyən edilməsi və onların hesablarının bloklanması müəyyən vaxt tələb edir. Bu müddət ərzində şirkət həmin hesablardan ödəniş almağa davam edir. Məlumata görə, şirkət avqust və sentyabr aylarında istifadəçilərin yoxlanılması tədbirlərini gücləndirib. Oktyabr ayında isə Rusiyaya məxsus hesabların sahibləri kütləvi bloklanma halları ilə üzləşiblər. "Anthropic" şirkəti “Claude”dan qanunsuz istifadə edənlərdən 2,3 milyard dollaradək gəlir əldə etmiş ola bilər Hindistanda "iPhone" hissələri istehsal edən zavodda üç işçi ölüb Tramp: FTB “Nvidia” rəhbəri ilə bağlı casusluq iddialarını araşdırır Makron uşaqlar üçün bəzi süni intellekt modellərinin qadağan edilməsini təklif edib ABŞ Moldovada 530 milyon dollarlıq layihələr həyata keçirməyi planlaşdırır "GTA VI" videooyununun satışa çıxarılması Britaniya şirkətlərinə 16 milyon dollara başa gələ bilər ABŞ İsrailə hər il ayrılan 4 milyard dollarlıq hərbi yardımı dayandırmaq istəyir UFC rəhbəri Ağ Evin mətbuat katibi vəzifəsində işləmək təklifindən imtina edib ABŞ demokratları Trampın yüksəkvəzifəli köməkçisi ilə bağlı araşdırmaya başlamağı planlaşdırırlar Əbu-Dabi danışıqlarında Avropa ölkələrinin mümkün təmsilçilərinin kimliyi açıqlanıb Merz: Almaniya şəhərlərinin küçələrində yenidən antisemitizm müşahidə olunur ABŞ Prezidenti Əbu-Dabi danışıqlarında Ukrayna ilə bağlı irəliləyişin mümkün olduğunu düşünür