Ezonn Xəbər

Neftin qiyməti 92 dollardan aşağı enib

Neftin qiyməti 92 dollardan aşağı enib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Dünya bazarlarında neftin qiymətində eniş davam edib. “ APA -Economics” xəbər verir ki, ICE London birjasında “Brent” markalı neftin 2027-ci ilin yanvar fyuçerslərinin qiyməti 0,94 ABŞ dolları və ya 1,02% azalaraq bir barel üçün 91,63 ABŞ dolları təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti isə 1,04 ABŞ dolları və ya 1,20% geriləyərək bir barel üçün 85,81 ABŞ dollarına enib. Analitiklərin qiymətləndirmələrinə görə, neftin ucuzlaşmasının əsas səbəbi ABŞ və İran arasında hərbi gərginliyin azalacağına dair gözləntilərdir. ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni hərbi zərbələrin ehtimalının aşağı olduğunu bildirməsi Yaxın Şərqdən neft tədarükünün pozulması ilə bağlı narahatlıqları zəiflədib. Bununla yanaşı, qlobal neft bazarında təklifin tələbi üstələməsi ilə bağlı proqnozlar da qiymətlərə təzyiq göstərir. JPMorgan analitiklərinin hesablamalarına görə, oktyabrda qlobal neft təklifi tələbi gündəlik 1,4 milyon barel üstələyib. ABŞ və Avropa fond bazarlarında əsas indekslər yüksəlib Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb, iki nəfər xəsarət alıb "Anthropic" şirkəti “Claude”dan qanunsuz istifadə edənlərdən 2,3 milyard dollaradək gəlir əldə etmiş ola bilər Hindistanda "iPhone" hissələri istehsal edən zavodda üç işçi ölüb Tramp: FTB “Nvidia” rəhbəri ilə bağlı casusluq iddialarını araşdırır Makron uşaqlar üçün bəzi süni intellekt modellərinin qadağan edilməsini təklif edib ABŞ Moldovada 530 milyon dollarlıq layihələr həyata keçirməyi planlaşdırır "GTA VI" videooyununun satışa çıxarılması Britaniya şirkətlərinə 16 milyon dollara başa gələ bilər ABŞ İsrailə hər il ayrılan 4 milyard dollarlıq hərbi yardımı dayandırmaq istəyir UFC rəhbəri Ağ Evin mətbuat katibi vəzifəsində işləmək təklifindən imtina edib ABŞ demokratları Trampın yüksəkvəzifəli köməkçisi ilə bağlı araşdırmaya başlamağı planlaşdırırlar Əbu-Dabi danışıqlarında Avropa ölkələrinin mümkün təmsilçilərinin kimliyi açıqlanıb Merz: Almaniya şəhərlərinin küçələrində yenidən antisemitizm müşahidə olunur