Ezonn Xəbər

Baş konsul: İnanıram ki, Zəngəzur dəhlizin açılması mənim fəaliyyətim dövrümə təsadüf edəcək

Baş konsul: İnanıram ki, Zəngəzur dəhlizin açılması mənim fəaliyyətim dövrümə təsadüf edəcək
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. © APA | Türkiyənin Naxçıvandakı Baş konsulu Ali Sevim Türkiyə Cümhuriyyətinin qurucusu, böyük öndər Mustafa Kamal Atatürkün əbədiyyətə qovuşmasının 88-ci ildönümünü, Atatürkün “Türk qapısı” adlandırdığı Naxçıvanda anmaq üçün bir araya gəlmişik. Atatürk böyük lider, böyük dövlət xadimi, böyük sərkərdə, islahatçı, cümhuriyyətçi, xalqçı və sülhsevər insan olub. O, türk cəmiyyətinin milli dəyərlərinə bağlı qalmaqla yanaşı, eyni zamanda elmə və sənətə açıq bir cəmiyyətə çevrilməsini hədəfləyib. Onu, silahdaşlarını və bütün şəhidlərimizi rəhmətlə anıram. Qazilərimizə minnətdarlığımı və təşəkkürümü bildirirəm. APA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Naxçıvandakı Baş konsulu Ali Sevim deyib. Naxçıvanda fəaliyyətə yeni başlayan diplomat ilk təəssüratlarını bölüşərkən burada özünü, sözün əsl mənasında, evindəki kimi hiss etdiyini bildirib, şəhərin gözəlliyinin, ənənəvi memarlığının, parklarının, yol hərəkətinin nizamlılığının və ümumi intizamın onda xoş təəssürat yaratdığını vurğulayıb. Buradakı fəaliyyətinin uğurlu və xoş keçəcəyinə ümidvar olduğunu deyən konsul Zəngəzur dəhlizin açılmasının onun fəaliyyəti dövrünə təsadüf edəcəcəyinə də inandığını bildirib. Baş konsul: İnanıram ki, Zəngəzur dəhlizin açılması mənim fəaliyyətim dövrümə təsadüf edəcək Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Naxçıvanda Atatürkün vəfatının ildönümü ilə bağlı anım tədbiri keçirilib "Bitcoin" nisbi bahalaşsa da, qiyməti 75 min dollardan aşağı olub ABŞ və Avropa fond bazarlarında əsas indekslər yüksəlib Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb, iki nəfər xəsarət alıb "Anthropic" şirkəti “Claude”dan qanunsuz istifadə edənlərdən 2,3 milyard dollaradək gəlir əldə etmiş ola bilər Hindistanda "iPhone" hissələri istehsal edən zavodda üç işçi ölüb Tramp: FTB “Nvidia” rəhbəri ilə bağlı casusluq iddialarını araşdırır Makron uşaqlar üçün bəzi süni intellekt modellərinin qadağan edilməsini təklif edib ABŞ Moldovada 530 milyon dollarlıq layihələr həyata keçirməyi planlaşdırır "GTA VI" videooyununun satışa çıxarılması Britaniya şirkətlərinə 16 milyon dollara başa gələ bilər ABŞ İsrailə hər il ayrılan 4 milyard dollarlıq hərbi yardımı dayandırmaq istəyir UFC rəhbəri Ağ Evin mətbuat katibi vəzifəsində işləmək təklifindən imtina edib