Ezonn Xəbər

İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş

İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonunun Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi yeni detallar məlum olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, KIA markalı minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Həsən Həsənov Füzuli Hava Limanının əməkdaşı olub. Qeyd edək ki, DAF markalı yük avtomobili ilə KIA markalı minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.