Ezonn Xəbər

Netanyahu hər gün Trampa zəng edir: İranla bağlı görün nə istəyir

Netanyahu hər gün Trampa zəng edir: İranla bağlı görün nə istəyir
Ezonn TV «Publika.az» mənbəsinə istinadən xəbər verir. İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampa hər gün zəng edərək İranla bağlı hərbi əməliyyatların yenidən başlanmasını tələb edir. Publika.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb. Bildirilib ki, Ağ Evdə və onun hüdudlarından kənarda müharibənin yenidən başlanmasını istəməyən qüvvələr Netanyahunun bu çağırışlarına qarşı çıxmağa çalışırlar. Mənbənin sözlərinə görə, bununla yanaşı, regional liderlər ABŞ prezidentinə vəziyyəti daha da gərginləşdirməməyi tövsiyə edirlər. “Financial Times” yazır ki, ərəb və müsəlman ölkələrinin liderləri Netanyahunun Trampa müharibəni yenidən başlamaqla bağlı davamlı çağırışlarından narahatdırlar. Şavkat Mirziyoyev: "Xalqlarımızı birləşdirən əsas dəyər mədəniyyətdir" Tramp açıqladı: Bu ölkələr İrana qarşı daha sərt addımlar istəyir Hörmüz boğazında iki tanker minaya düşərək partladı ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurdu İsrail hökumətini formalaşdırmaq ona həvalə ediləcək Prezident baş nazir postuna namizədin adını açıqlayacaq Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda dünən yerli vaxtla saat 20:00-da başlamış meşə yanğınının əhatə dairəsi genişlənib, Prezident Rəcəb Tayyib Ərdoğan əraziyə gedib. Publika.az “Haber Global”a istinadən xəbər verir ki, ölkə lideri helikopterlə yanğın bölgəsinə baxış keçirib. "Yalnız Ukrayna öz gələcəyi ilə bağlı qərar vermək hüququna malikdir" Publika.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts "Twitter" mikrobloqunda yazıb. O, Kiyevin arxasınca razılaşmalara qarşı çıxış edib: "Ukrayna - və yalnız Ukrayna - onlara nəyin uyğun olduğuna qərar verir. Ukraynasız Ukrayna haqqında heç nə yoxdur! Biz danışıqlardan uzağıq, çünki Putin "diktə edilmiş sülh"ə inanır. Bizim kursumuzda qalmağımız daha vacibdir". O, həmçinin vurğulayıb ki, Aİ, NATO və G7 qarşıdan gələn sammitlərdə dünya demokratik dövlətlərinin Putin imperializminə qarşı mübarizədə bir yerdə olduğunu nümayiş etdirməlidir.