Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında danışıqlarda regional təhlükəsizlik müzakirə olunacaq

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında keçiriləcək üçtərəfli danışıqlarda təhdidlərin qarşısının alınması mexanizmlərinin hazırlanması və regional sabitliyin möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq. B u barədə “TASS”a məlumatlı mənbə bildirib. “Əbu-Dabidə keçiriləcək danışıqlar münaqişədən sonrakı dövrdə yeni kontinental təhlükəsizlik sisteminin formalaşdırılmasının əsas aspektlərinin müzakirəsinə yönələcək. Görüş iştirakçıları təhdidlərin qarşısının alınması mexanizmlərinin hazırlanmasına və regional sabitliyin möhkəmləndirilməsinə diqqət yetirəcəklər”, – mənbə qeyd edib. Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında Ukrayna münaqişəsinin nizamlanmasına dair danışıqların noyabrın 10–11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılır. Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov başçılıq edəcək. Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında danışıqlarda regional təhlükəsizlik müzakirə olunacaq Azərbaycan nefti 100 dollardan yuxarı ticarət olunub Filippində altı əcnəbinin olduğu özəl təyyarə qəzaya uğrayıb Baş konsul: İnanıram ki, Zəngəzur dəhlizinin açılması mənim fəaliyyətim dövrümə təsadüf edəcək Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib Naxçıvanda Atatürkün vəfatının ildönümü ilə bağlı anım tədbiri keçirilib "Bitcoin" nisbi bahalaşsa da, qiyməti 75 min dollardan aşağı olub ABŞ və Avropa fond bazarlarında əsas indekslər yüksəlib Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb, iki nəfər xəsarət alıb "Anthropic" şirkəti “Claude”dan qanunsuz istifadə edənlərdən 2,3 milyard dollaradək gəlir əldə etmiş ola bilər Hindistanda "iPhone" hissələri istehsal edən zavodda üç işçi ölüb Tramp: FTB “Nvidia” rəhbəri ilə bağlı casusluq iddialarını araşdırır Makron uşaqlar üçün bəzi süni intellekt modellərinin qadağan edilməsini təklif edib ABŞ Moldovada 530 milyon dollarlıq layihələr həyata keçirməyi planlaşdırır "GTA VI" videooyununun satışa çıxarılması Britaniya şirkətlərinə 16 milyon dollara başa gələ bilər