Böyük futbol Xankəndidə - Tarix rəsmən açıqlandı

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Axar.az Qol.az-a istinadla xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən noyabr ayının 19-da 1-ci Liqanın 8-ci turu çərçivəsində “Xankəndi” – “Karvan-Yevlax” matçı bu stadionda keçiriləcək. "Xankəndi" klubu bundan sonrakı ev oyunlarını da bu şəhərdə keçirəcək. MOİK klubunun Xankəndi stadionundan istifadəsi isə qış fasiləsindən sonraya nəzərdə tutulub.