Ezonn Xəbər

ABŞ İranı sanksiyalardan azad edə bilər

ABŞ İranı sanksiyalardan azad edə bilər
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. ABŞ İranla razılaşma əldə olunacağı təqdirdə Tehranın 6–9 milyard dollar həcmində dondurulmuş aktivini azad etməyə hazırdır. Modern.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Qətər və Pakistanın vasitəçiliyi tərəflər arasında danışıqların bərpasına kömək edib. Mümkün razılaşmanın Hörmüz boğazının açılmasını və İrana tətbiq olunan dəniz blokadasının dərhal aradan qaldırılmasını da nəzərdə tutduğu bildirilir.