Ezonn Xəbər

Netanyahu hər gün Trampa zəng edir: "Müharibəni başlat"

Netanyahu hər gün Trampa zəng edir: "Müharibəni başlat"
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa hər gün zəng edərək onu İrana qarşı hərbi əməliyyatları bərpa etməyə çağırır. "Cebheinfo.az" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb. "Netanyahu ona hər gün zəng edir, müharibəni bərpa etməyə çağırır. Həm Ağ Evin daxilində, həm də xaricində müharibə istəməyənlər bununla mübarizə aparmağa çalışırlar" , - deyə "Financial Times" qəzeti məsələ ilə tanış olan bir mənbəyə istinadən bildirib. Mənbənin sözlərinə görə, regional liderlər Trampa vəziyyəti gərginləşdirməməyi məsləhət görürlər. Qəzet xəbər verir ki, ərəb və müsəlman liderləri Netanyahunun Trampın hərbi əməliyyatları bərpa etməsi üçün davamlı çağırışlarından narahatdırlar. ABŞ və İsrail 28 fevralda Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında üçtərəfli nüvə danışıqlarının uğursuzluğundan sonra İrana qarşı birgə əməliyyata başlayıblar.