Ezonn Xəbər

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
Ezonn TV «Pravda.az» mənbəsinə istinadən xəbər verir. Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb. Bu barədə Peşəkar Futbol Liqasından (PFL) məlumat verilib. PFL-in qərarına əsasən, noyabrın 19-da 1-ci Liqanın 8-ci turunda baş tutacaq "Xankəndi" – "Karvan-Yevlax" matçı bu stadionda baş tutacaq. "Xankəndi" klubu bundan sonrakı ev oyunlarını da bu şəhərdə keçirəcək. MOİK klubunun Xankəndi stadionundan istifadəsi isə qış fasiləsindən sonraya nəzərdə tutulub. Materiallardan istifadə zamanı istinad mütləqdir.