Ezonn Xəbər

Ermənistanda müxalifətçi təcridxanada ölüb

Ermənistanda müxalifətçi təcridxanada ölüb
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Ermənistanda müxalif “Güclü Ermənistan” partiyasının üzvü Arsen Gevorqyan istintaq təcridxanasında infarktdan vəfat edib. Modern.az xəbər verir ki, məlumatı Samvel Karapetyanın partiyasından “Sputnik Ermənistan”a təsdiqləyiblər. 46 yaşlı Gevorqyan oktyabrın sonunda həbs olunub. O, Stepanavan şəhərinin meri vəzifəsinə namizədliyini irəli sürmüşdü.