Ezonn Xəbər

NATO təlimində hərbçi həbs edildi

NATO təlimində hərbçi həbs edildi
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Britaniya hərbçisi NATO təlimləri zamanı mobil telefonla bağlı təhlükəsizlik tələblərinə əməl etmədiyi üçün 10 ay müddətinə azadlıqdan məhrum edilib. “Cebheinfo.az” -ın “The i Paper” qəzetinə istinadən yaydığı məlumata görə, kapral Daniel Barton-Kennedi Estoniyada keçirilən NATO təlimləri zamanı mobil telefonunun SİM kartını çıxarmaqdan imtina edib. Nəticədə onun telefonuna hakerlər tərəfindən müdaxilə edilib. Məlumata əsasən, Britaniya hərbçiləri ölkə xaricinə səfər edərkən təhlükəsizlik məqsədilə telefonlarının SİM kartlarını çıxarmalı, geolokasiya funksiyasını deaktiv etməli və yalnız Müdafiə Nazirliyinin təsdiqlədiyi qorunan özəl şəbəkədən istifadə etməlidirlər. Lakin Barton-Kennedi bu qaydalara əməl etməyib. Estoniyanın Tapa şəhərində yerləşən NATO təlim mərkəzinə çatdıqdan sonra hərbçi naməlum şəxsdən çılpaq fotolar və onun sosial media hesablarına keçidlər olan mesajlar alıb. Qəzetin məlumatına görə, kapral məlumatların yayılmasının qarşısını almaq məqsədilə hakerə 350 funt sterlinq ödəyib. Buna baxmayaraq, o, sonradan baş verənlər barədə tağım komandirinə məlumat verib. Böyük Britaniyanın Ketterick Qarnizonundakı hərbi məhkəmə Barton-Kennedini 10 ay müddətinə azadlıqdan məhrum edib. Həmçinin onun hərbi rütbəsi aşağı salınıb. Hakerin kimliyi isə hələ də müəyyən edilməyib.