Ezonn Xəbər

SOCAR-ın Türkiyəyə investisiyaları STAR NEZ-dəki yeni layihədən sonra 20 milyard dollara çatacaq

SOCAR-ın Türkiyəyə investisiyaları STAR NEZ-dəki yeni layihədən sonra 20 milyard dollara çatacaq
Ezonn TV «Report» mənbəsinə istinadən xəbər verir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə yerləşən STAR neft emalı zavodunda (NEZ) aviasiya kerosini istehsalı üçün yeni qurğunun inşasına təxminən 120 milyon ABŞ dolları (təqribən 6 milyard Türkiyə lirəsi) yönəltməyi planlaşdırır.\"Report\" xəbər verir ki, bu barədə Türkiyə mediası \"SOCAR Türkiye\" şirkətinə istinadən məlumat yayıb.Bildirilib ki, STAR NEZ aviasiya yanacağı istehsalı üçün yeni qurğunun layihələndirilməsi, satınalınması və inşası mərhələsinə keçib.\"Təxminən 6 milyard lirə məbləğindəki bu kapital qoyuluşları çərçivəsində biz aviasiya yanacağı istehsalını yeni \"Jet Fuel\" (\"Kero-Merox\") qurğusuna keçirəcəyik və hər il təqribən 600 min ton həcmində əlavə dizel yanacağı istehsalı güclərini təmin edəcəyik. Bu, bazar vəziyyətini nəzərə almaqla aviasiya kerosini və dizel istehsalını daha çevik idarə etməyimizə imkan verəcək\