Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında münaqişələrin həlli ilə bağlı üçtərəfli danışıqlar bu gün başlayır
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
APA -nın Moskva bürosu xəbər verir ki, danışıqlar iki gün, 10 və 11 noyabr tarixlərində keçiriləcək. Rusiya xarici işlər naziri Sergey Lavrov danışıqların əsas mövzusunun Rusiya və Ukraynanın təhlükəsizliyi olacağını açıqlayıb. Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin təhlükəsizlik zəmanətləri, ölkənin yenidən qurulması, enerji infrastrukturuna və Qara dənizə hücumlara son qoyulması, əsir mübadiləsi və liderlərin görüşünə hazırlıq məsələlərini qaldırmaq niyyətində olduğunu bildirib. Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir.Onun tərkibinə həmçinin xarici işlər nazirlərinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzin, Baş Qərargahın Baş Kəşfiyyat İdarəsinin (QRU) rəisi İqor Kostyukov, FSB-nin Əməliyyat Məlumatı və Beynəlxalq Əlaqələr Xidmətinin rəisi Aleksey Komkov və altı ekspert daxildir. Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik edir. Onun tərkibinə Prezident Aparatının rəhbəri Kirilo Budanov, onun birinci müavini Sergey Kıslıtsya, "Xalqın Xidmətçisi" fraksiyasının rəhbəri David Araxamiya,Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Andriy Qnatov daxildie. ABŞ-ı isə prezident Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşner təmsil edəcək. Üçtərəfli görüşdən əlavə, Amerika tərəfi danışıqlar formatının genişləndirilməsini müzakirə etmək niyyətindədir. Uitkoff və Kuşner gələcək raundlarda Avropa nümayəndələrinin birbaşa iştirakını təmin etmək istəyirlər. Bu barədə Politico mənbələrə istinadən məlumat verib. ABŞ müzakirələri sürətləndirməyə və hazırkı görüşü Avropanın tam iştirakı olmadan keçirilən sonuncu görüşə çevirməyə ümid edir. Lakin Avropa ölkələri hələlik onların maraqlarını kimin təmsil edəcəyinə və Ukraynanın müttəfiqlərinin Moskva ilə birbaşa danışıqlar aparıb-aparmayacağına qərar verməyiblər. Aİ liderləri bu məsələni bu həftənin sonunda Dublində keçiriləcək qeyri-rəsmi sammitdə müzakirə etmək niyyətindədirlər. Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında münaqişələrin həlli ilə bağlı üçtərəfli danışıqlar bu gün başlayır Kambocada məktəb avtobusunun aşması nəticəsində beş şagird ölüb Dənizkənarı Milli Parkda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib ABŞ İran təhlükəsinə görə Britaniyadakı daha bir hərbi bazadan təyyarələrini çıxarıb Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında danışıqlarda regional təhlükəsizlik müzakirə olunacaq Azərbaycan nefti 100 dollardan yuxarı ticarət olunub Filippində göyərtəsində altı əcnəbinin olduğu özəl təyyarə qəzaya uğrayıb Baş konsul: İnanıram ki, Zəngəzur dəhlizinin açılması mənim fəaliyyətim dövrümə təsadüf edəcək Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib Naxçıvanda Atatürkün vəfatının ildönümü ilə bağlı anım tədbiri keçirilib