Ezonn Xəbər

Xankəndi stadionunda ilk oyunun tarixi məlum oldu

Xankəndi stadionunda ilk oyunun tarixi məlum oldu
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi qarşılaşmanın keçiriləcəyi tarix və saat bəlli olub. Peşəkar Futbol Liqasından Modern.az -a bildirilib ki, I Liqanın VIII turu çərçivəsində “Xankəndi” və “Karvan-Yevlax” komandaları bu arenada üz-üzə gələcəklər. Qarşılaşma noyabrın 19-da saat 16:00-da başlayacaq. Qeyd edək ki, “Xankəndi” klubu bundan sonra ev oyunlarını da bu stadionda keçirəcək. MOİK-in Xankəndi şəhər stadionundan istifadəsinə isə qış fasiləsindən sonra başlanılması nəzərdə tutulur.