Ermənistanda müxalifət partiyasının Stepanavan üzrə namizədi tədricxanada ölüb

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Ermənistanda “Güclü Ermənistan” partiyasının Stepanavan icmasının rəhbəri postuna namizədi Arsen Qevorqyan istintaq təcridxanasında vəfat edib. Bu barədə Ermənistanın “Panorama.am” nəşri məlumat yayıb. Məlumata görə, 46 yaşlı Qevorqyan noyabrın 10-da səhər saatlarında saxlanıldığı penitensiar müəssisədə ürək tutmasından dünyasını dəyişib. Ermənistan Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nona Navikyan “Panorama.am”a açıqlamasında ölüm xəbəri ilə bağlı rəsmi məlumatın yaxın zamanda yayılacağını bildirib. Qeyd edək ki, Arsen Qevorqyan oktyabrın 21-də seçicilərin satın alınmasında ittiham olunaraq iki ay müddətinə həbs edilib. Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi onun qrup halında seçicilərə rüşvət verməkdə və bu prosesə yardım etməkdə şübhəli bilindiyini açıqlamışdı. Ermənistanda müxalifət partiyasının Stepanavan üzrə namizədi tədricxanada ölüb Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar bu gün başlayır Kambocada məktəb avtobusunun aşması nəticəsində beş şagird ölüb Dənizkənarı Milli Parkda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib ABŞ İran təhlükəsinə görə Britaniyadakı daha bir hərbi bazadan təyyarələrini çıxarıb Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında danışıqlarda regional təhlükəsizlik müzakirə olunacaq Azərbaycan nefti 100 dollardan yuxarı ticarət olunub Filippində göyərtəsində altı əcnəbinin olduğu özəl təyyarə qəzaya uğrayıb Baş konsul: İnanıram ki, Zəngəzur dəhlizinin açılması mənim fəaliyyətim dövrümə təsadüf edəcək Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib Naxçıvanda Atatürkün vəfatının ildönümü ilə bağlı anım tədbiri keçirilib "Bitcoin" nisbi bahalaşsa da, qiyməti 75 min dollardan aşağı olub ABŞ və Avropa fond bazarlarında əsas indekslər yüksəlib