Azərbaycanın cari əməliyyatlar hesabı 2031-ci ilə kimi profisitli olacaq

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda cari əməliyyatlar hesabı 2031-ci ilə kimi profisitli olacaq. " APA -Economics" xəbər verir ki, bu, 2027-ci il dövlət büdcəsinin zərfində əksini tapıb. Hökumət tərəfindən Azərbaycanda cari əməliyyatlar hesabının profisitinin 2027-ci ildə 1 milyard 750,8 milyon ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır. Sənədə əsasən, cari əməliyyatlar hesabının profisitinin 2028-ci ildə 503 milyon dollar, 2029-cu ildə 902 milyon dollar, 2030-cu ildə isə 1 milyard 333,5 milyon dollar təşkil edəcəyi gözlənilir. Beləliklə, 2028-ci ildən sonra Azərbaycanın cari əməliyyatlar hesabının müsbət saldosunun ardıcıl iki il artacağı proqnozlaşdırılır. Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı oktyabrın 29-da proqnozunu yeniləyərək cari əməliyyatlar hesabında 2026-cı ildə 8,5 milyard ABŞ dolları, 2027-ci ildə isə 5,4 milyard ABŞ dolları profisit gözlədiyini açıqlayıb. Azərbaycanın cari əməliyyatlar hesabı 2031-ci ilə kimi profisitli olacaq Müxalif “Güclü Ermənistan” partiyasının Stepanavan meri postuna namizədi istintaq təcridxanasında ölüb Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar bu gün başlayır Kambocada məktəb avtobusunun aşması nəticəsində beş şagird ölüb Dənizkənarı Milli Parkda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib ABŞ İran təhlükəsinə görə Britaniyadakı daha bir hərbi bazadan təyyarələrini çıxarıb Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında danışıqlarda regional təhlükəsizlik müzakirə olunacaq Azərbaycan nefti 100 dollardan yuxarı ticarət olunub Filippində göyərtəsində altı əcnəbinin olduğu özəl təyyarə qəzaya uğrayıb Baş konsul: İnanıram ki, Zəngəzur dəhlizinin açılması mənim fəaliyyətim dövrümə təsadüf edəcək Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib Naxçıvanda Atatürkün vəfatının ildönümü ilə bağlı anım tədbiri keçirilib "Bitcoin" nisbi bahalaşsa da, qiyməti 75 min dollardan aşağı olub